AZAL-dan daha bir futbolçu getdi

AZAL-dan daha bir futbolçu getdi

AZAL-dan daha bir futbolçu gedib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Vaqif Sadıqovun dövründə əsas heyətdə yer almayan yarımmüdafiəçi Tərlan Xəlilov uzun illər şərəfini qoruduğu “təyyarəçilər”lə yollarını ayırıb.

Özü də maraqlıdır ki, futbolda variantı olmayan 28 yaşlı oyunçu futzala keçməyi qərara alıb. Belə ki, Tərlan son illərdə Azərbaycanın dəyişməz çempionu olan “Araz”ın hazırlığına qatılaraq, orada oynayacaq. Xəlilov bunadək heç vaxt peşəkar səviyyədə futzalda çıxış etmədiyindən, əsasnaməyə görə Naxçıvan təmsilçisində müqaviləsiz oynamaq hüququna malikdir. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər