AZAL-dan 4 transfer

AZAL-dan 4 transfer

AZAL transfer çalışmalarına start verib. Fanat.az xəbər verir ki, paytaxt klubu 4 futbolçunun keçidini rəsmiləşdirib.

Baş məşqçi Tərlan Əhmədovun qərarına əsasən “Xəzər Lənkəran”ın azad agent statusu verdiyi İlyas Səfərzadə və Mahsun Qəmbərli, “Rəvan”dan ayrılan Elvin Həsənəliyev və MOİK-dən Röyal Nəcəfovla müqavilə bağlanılıb. Onlar qarşıdakı 2 ildə AZAL-ın formasını geyinəcək.

Tərlan Əhmədov baxışda olan norveçli yarımmüdafiəçi Vilyar Nordberqlə bağlı qərar verib. Norveçin “Yunkeren” klubundan gələn futbolçu ilə müqavilə bağlanacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər