AZAL daha bir futbolçudan imtina etdi

AZAL daha bir futbolçudan imtina etdi
AZAL daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov Vladimir Boqdanoviçə qapını göstərib. Serb oyunçunun müqaviləsi vaxtından əvvəl pozulub.
Qeyd edək ki, Boqdanoviç ötən qışdan AZAL-da çıxış edir. Bir il ərzində 26 oyuna çıxan futbolçu 11631 dəqiqə oynayıb. Serbiya U-21-nin sabiq yarımmüdafiəçisi əvvəllər vətənində "Srvena Zvezda", "Yedinstvo", "Radniçki", "Smederevo", Çində "Liaoninq", Bolqarıstanda "Lokomotiv" (Sofiya) və Yunanıstanda "Panetolikos" klublarının formasını geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər