Daha bir futbolçunun AZAL-da oynayacağı dəqiqləşib. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “təyyarəçilər” müqaviləsinin müddəti başa çatmış nigeriyalı Viktor İqbekoyiyə yeni müqavilə imzalatdırıb.
Yerli mətbuatda komandadan ayrıldığı bildirilən İqbekoyi qarşıdakı mövsümü də AZAL-da keçirəcək.
Qeyd edək ki, Viktor 2009-cu ildən AZAL-dadı.
Fanat.az