AZAL "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov önəmli matç öncəsi heyətdəki problemləri həll etməyə çalışır.
Belə ki, çalışdırıcı əvəzedici heyətdən əsas komandaya iki futbolçu cəlb edib. Hazırda 1995-ci il təvəllüdlü müdafiəçi Adil Nağıyev və ondan iki yaş kiçik hücumçu Rəsul Babazadə hazırda Sadıqovun rəhbərliyi altında məşq edir.
Qeyd edək ki, Aleksandr Şemonayev, Vladimir Boqdanoviç və Samuel Barlay cəza üzündən "Qəbələ" matçını buraxacaq. Ruslan Tağızadə, Orxan Həsənov və Viktor İbekoyinin isə zədəsi var.
Fanat.az