AZAL-da iki gürcü futbolçu

AZAL-da iki gürcü futbolçu

AZAL transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, paytaxt klubunune düşərgəsinə 2 futbolçu gəlib.

Bunlardan biri Laşa Kasradze "VİT Georgia"nın üzvüdü. 24 yaşlı müdafiəçi 2009-cu ildən bu komandanın 131 oyuna çıxıb və 7 qol vurub. 

Digər gürcü futbolçu Moldovanın "Zimbru" klubundan gələn Tornike Stepniaşvilidi. O, Moldova klubunun heyətində 2011/12 mövsümündən çıxış edir. 21 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində 19 oyuna çıxıb və 2 qol vurub. Əvvəllər Gürcüstanın "Dila" klubunda çıxış etmiş Tornike ölkəsinin U-21 yığmasına da dəvət alıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər