AZAL Premyer Liqanın XIV turunun oyununa tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, cəza səbəbindən Aleksandr Şemonayev, Samuel Barlay və Vladimir Boqdanoviç matçı kənardan izləyəcək.
Daha üç futbolçunun - Orxan Həsənov, Oskar Klava və Ruslan Tağızadənin zədəsi var. Onların "Qəbələ"yə qarşı oynaması sual altındadı.
Əvəzində Cavid Tağıyevlə Viktor İqbekoyi artıq sağalıb. Hər iki futbolçu XIV turda meydana çıxa bilməyəcək.
Fanat.az