"Ayntraxt"ın ulduzu "Real Madrid"ə qarşı oynamayacaq - SƏBƏB

"Ayntraxt"ın ulduzu "Real Madrid"ə qarşı oynamayacaq - SƏBƏB

"Ayntraxt"ın serb vingeri Filip Kostiç UEFA Superkuboku uğrunda matçda - "Real Madrid"lə oyunda iştirak etməyəcək.

Fanat.Az xəbər verir ki, bunu UEFA-nın saytına açıqlamasında Frankfurt təmsilçisinin idman direktoru Markus Kröşe deyib.

Kröşe vəziyyətə belə aydınlıq gətirib: "Filip ötən mövsümü əla keçirib. O, komandanın Avropa Liqasının qalibi olmasında böyük rol oynadı. Həmişə demişik ki, yaxşı təklif olacağı təqdirdə, Kostiçə əngəl yaratmayacağıq. Hazırda onu istəyən klubla danışıqları yekunlaşdırmaq üzrəyik. Həmin klubun da xahişini nəzərə alaraq Kostiçi Superkubok qarşılaşmasında oynatmamaq qərarına gəldik".

Qeyd edək ki, "Real Madrid" - "Ayntraxt" oyunu bu gün Helsinkidə keçiriləcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər