Avropada transfer pəncərəsi rəsmən açılmasa da, artıq bəzi klublar uzun müddətdi maraq dairələrində olan klublarla müqavilə bağlamağa başlayıb. Fanat.az Avropada rəsmiləşən 10 ən bahalı transferin siyahısını hazırlayıb.
Siyahıya Münhenqladbax "Borussiya"sından "Arsenal"a keçən Qranit Haka başçılıq edir. London klubu onun transferinə 45 milyon avro xərcləyib.
Növbəti iki yeri "Bavariya"nın transferləri tutur. Münhen klubu "Borussiya"dan aldıtı Mats Hummelslə "Benfika"dan transfer etdiyi Renato Sançesin keçidinə 73 milyon avro xərcləyib. Hummels 38, Sançes 35 milyon avroya başa gəlib.
| № | Futbolçu | Köhnə klubu | Yeni klubu | Qiyməti (avro) |
| 1 | Qranit Haka | Borussiya M | Arsenal | 45.000.000 |
| 2 | Mats Hummels | Borussiya D | Bavariya | 38.000.000 |
| 3 | Renato Sançes | Benfica | Bavriya | 35.000.000 |
| 4 | Kevin Volland | Hoffenhaym | Bayer | 20.000.000 |
| 5 | Andrey Kramariç | Leyçester | Hoffenhaym | 10.000.000 |
| 6 | Lorenzo Tonelli | Empoli | Napoli | 10.000.000 |
| 7 | Osman Dembele | Renn | Borussiya D | 8.000.000 |
| 8 | Yosip Brekalo | Dinamo Zaqreb | Volfsburq | 7.000.000 |
| 9 | Loris Karius | Maynts 05 | Liverpul | 6.200.000 |
| 10 | Viktor Fişer | Ayaks | Midlsbro | 5.000.000 |
Fanat.az