Avropanın kralı "Barselona" oldu - VİDEO

Avropanın kralı "Barselona" oldu - VİDEO
Avropada 2014/15 futbol mövsümünə rəsmən yekun vurulub. Fanat.az хəbər verir ki, mövsümün son matçı Çempionlar Liqasının finalı olub.
İspaniyanın "Barselona" klubu sürpriz şəkildə finala çıхan "Yuventus"u qəbul edib. Türk FIFA referisi Cüneyt Çakırın idarə etdiyi matçda 4 qol vurulub və "Barselona" 3:1 hesablı qələbə qazanıb. Kataloniya klubunun heyətində İvan Rakitiç, Luis Suares və Neymar fərqlənib. "Yuventus"un qoluna isə Alvaro Morata imza atıb.
Bununla da "Barselona" 5-ci dəfə Çempionlar Liqasının qalibi olub (1991/92, 2005/06, 2008/09, 2010/11, 2014/15). "Yuventus" isə sadəcə iki dəfə (1984/85, 1995/96) başı üzərinə qaldırıb. "Barsa" 3, "Yuve" 5 dəfə finalda uduzub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər