Yeni baş məşqçisi Joze Mourinyo ilə 2016/17 mövsümünə damğa vurmaq istəyən "Mançester Yunayted" heyətinə dünya ulduzlarını qatmağa davam edir. Fanat.az xəbər verir ki, "Borussiya"dan (Dortmund) Henrix Mkıtaryanı, "Vilyarreal"dan Erik Banllini və PSJ-dən Zlatan İbrahimoviçi heyətinə qatan Mançester təmsilçinin növbəti transferi sözün əsl mənasında bomba effekti yaradacaq.
İddialara görə, Mourinyonun komandasının əsas hədəfəi Paul Poqbadı. "Daily Mail"in xəbərinə görə, bu transfer üçün kassasını tamamilə açan "Mançester Yunayted" "Yuventus"a 120 milyon avro (təxminən 206 milyon manat) təklif etməyə hazırlaşır.
Qeyd edək ki, Paul Poqba 2012-ci ildə müqaviləsi başa çatdığından "Mansester Yunayted"dən "Yuventus"a pulsuz getmişdi. Hazırda "Transfermarkt" 23 yaşlı futbolçuya 70 milyon avro qiymət qoyub.
Fanat.az