Avropadan Çinə şok transfer: 160 milyon

Avropadan Çinə şok transfer: 160 milyon

Dortmund "Borussiya"sının futbolçusu Pyer-Emerik Aubameyanq Çindən avstronomik təklif alıb. Fanat.Az xəbərp verir ki, qabonlu ulduz "Tianjin Quanjian"ın maraq dairəsinə düşüb.

İddiaya görə, Çin klubu "Borussiya"ya 80, futbolçunun özünə isə illik 30 milyon avro təklif edib. "Sportbild" nəşri bu təklifin Aubameyanqı həvəsləndirdiyini yazıb.

Çinin yeni qanunlarına əsasən 6 milyon avrodan artıq transferlərə görə eyni məbləğdə vergi ödənməlidi. Bu transfer baş tutsa, yeni rekord qeydə alınacaq. Çünki bu halda "Tianjin Quanjian" Aubameyanqın transferinə 160 milyon avro xərcləmiş olacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər