Avropadan Çinə daha bir rekord transfer: 74 milyon avro

Avropadan Çinə daha bir rekord transfer: 74 milyon avro
Bir dönəm "Bursaspor"da oynamş və sonradan "Vilyareal"a transfer olan Sedrik Bakambu da Çinə getdi.
 
Fanat.Az xəbər verir ki, futbolçu "Pekin Quon"la müqavilə bağlayıb. Çin klubu bu transferə görə 74 milyon avro xərcə düşəcək.
 
Klub bu məbləğin 34 milyon avrosunu Çin Futbolu İnkişaf Fonduna, 40 milyonunu isə "Vilyareal"a ödəyəcək. Çin klubu ilə 4 illik müqavilə bağlayan Bakambu illik 18 milyon avro qazanacaq.
 
Bakambu bu transferlə Afrikanın ən bahalı futbolçusu olub.
 
Sedrik bu mövsüm La Liqada meydana çıxdığı 15 matçda 9 qola imza atıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər