Avropadakı ən yaxşı braziliyalı futbolçu seçildi

Avropadakı ən yaxşı braziliyalı futbolçu seçildi
2018-ci ilin Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçusunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, sorğu Braziliyanın "Sambafoot” saytı tərəfindən aparılıb. 
Ən yaxşı adına  "Liverpul”un hücumçusu Roberto Firmino layiq görülüb.
27 yaşlı futbolçu səslərin 21,79 %-ini toplayıb. Madrid "Real”ının müdafiəçisi Marselo (20,51) 2-ci, PSJ-nin hücumçusu Neymar (18,67) 3-cü olub.
Qeyd edək ki, Firmino bu mövsüm "Liverpul"un heyətində 27 oyuna 9 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər