Avropada yayın transfer bombası - 40 milyon?

Avropada yayın transfer bombası - 40 milyon?
"Portu" "Arsenal"ın təklifinə rədd cavabı verib. Fanat.az xəbər verir ki, Portuqaliya klubu londonluların Danilo Pereyra üçün təklif etdiyi məbləği qəbul etməyib.
Belə ki, "Portu" 24 yaşlı yarımmüdafiəçi üçün 40 milyon avro təklif edib. Amma "Arsenal"ın təklifi bundan aşağı məbləğ olub. "Topçular"ın baş məşqçi Arsen Vengerin israrla istədiyi futbolçu üçün yaxın günlərdə yeni təklif irəli sürməsi gözlənilir.
Qeyd edək ki, Danilo Pereyra ötən yay "Maritmo"dan "Portu"ya 3 milyon avroya transfer edilib. Cari mövsümdə 38 rəsmi oyuna çıxan 24 yaşlı yarımmüdafiəçi 4 qola imza atıb. Afrikanın Qvineya-Bissau adlanan ölkəsində doğulan futbolçu Portuqaliya millisində çıxış edir (8 oyun).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər