Avropada transfer çılğınlığı: 3 futbolçu, 210 milyon avro

Avropada transfer çılğınlığı: 3 futbolçu, 210 milyon avro
Avropanın aparıcı çempionatlarında ilk dövrənin başa çatmasından sonra diqqətlər transferlərə yönəlib. Bir çox ulduzun adı böyük klublarla yanaşı çəkilir, fantastik transfer iddiları gündəmə gəlir.
Həmişə olduğu kimi, bu iddialardan bəzliri sonda təsdiqlənəcək, bəziləri isə iddia olaraq qalacaq. Fanat.Az hazırda Avropa mediasının gündəmini zəbt edən 3 transfer iddiasını təqdim edir:
Eden Hazard 
Avropada transfer çılğınlığı: 3 futbolçu, 210 milyon avro
Bu mövsüm İngiltərə Premyer Liqasında çempionluq mübarizəsindən uzaq düşən "Çelsi"nin ən önəmli futbolçularından biri olan Eden Hazardı "Real" heyətinə qatmağa çalışır. La Liqada "Barselona"dan 14 xal geri qalan "Kral Klubu" yanvarda belçikalı ulduzu heyətinə qatmaqla transfer bombasını partlatmaq istəyir. 26 yaşlı futbolçu üçün "Real"ın 90 milyon avroya təklif etdiyi deyilir. Hazard bu mövsüm 25 rpəsmi oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
Dele Alli
Avropada transfer çılğınlığı: 3 futbolçu, 210 milyon avro
"Tottenhem"də hər ötən mövsüm ulduzu bir az da parlayan və artıq dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri hesab olunan Dele Allini "Barselona"nın istədiyi deyilir. Bir çox böyük klubun transfer siyasında yer alan 21 yaşlı ingilis futbolçu üün Kataloniya klubunun 85 milyon avro təklif etdiyi bildirilir. Allinin özünün də "Barselona"ya getməyə müsbət yanaşığı deyilir. Yarımmüdafiəçi cari mövsümdə forma geyindiyi 23 qarşılaşmada 7 qol vurub və 7 məhsuldar ötürmə edib.
Stefan de Vrij
Avropada transfer çılğınlığı: 3 futbolçu, 210 milyon avro
İngiltərədə bu mövsüm sabit çıxış etməyən "Liverpul" müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib. "Qırmızılar"ın hədəfindəki futbolçu isə "Latsio"nun formasını geyinən Stefan de Vrijin olduğu bildirilir. "Liverpul"un holland müdafiəçi üçün 35 milyon avro təklif etdiyi məlumdu. Stefan de Vrij cari mövsümdə 20 oyun keçirərək 3 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər