Avropada transfer bazarı yanır: 1.1 milyard avro

Avropada transfer bazarı yanır: 1.1 milyard avro

Avropada yay transfer dönəmi davam edir. Fanat.az xəbər verir ki, bu yay klublar yeni futbolçuların alınmasına astronomik məbləğdə pullar xərcləyib.

5 böyük çempionatın - Premyer Liqa, La Liqa, Bundesliqa, A Seriyası və Liqa 1-in iştirakçılarının ümumi transfer xərci artıq 1.1 milyard dolları avronu keçib.

Yayın hələlik ən bahalı transferi Qonzalo Hiquayn olub. "Yuventus" argentinalı ulduzu "Napoli"dən 90 milyon avroya transfer edib.

Joze Mourinyonun baş məşqçi təyin edildiyi "Mançester Yunayted"lə Yurgen Kloppun başçılıq etdiyi "Liverpul" transferlərə 80 milyon avro xərcləyib. "Arsenal" təkcə Qranit Haka üçün 45 milyon avro ödəyib.

"Borussiya" (Dortmund) Mario Götze, Andre Şkürrle, Mikel Merino və Mark Bartra üçün 113 milyon avro xərcləyib. 

"Yuventus"a 30 milyon ödəyərək Alvaro Moratanı geri qaytaran "Real" hər an səssizliyini pozaraq transfer bombasını partlada bilər. 

İspaniyanın digər nəhəng klublarına gəlincə, "Barselona" artıq 75, "Atletiko" 49 milyon avro xərcləyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər