"Mançester Yunayted"lə "Real"ın həyata keçirmək istədiyi Avropada transfer bazarını qarışdırıb. Fanat.az xəbər verir ki, hər iki klub rekord sayıla bidəcək transferlərə imza atmaq niyyətindədi.
"Mançester Yunayted" "Monako"dan 63 milyon funt-sterlinqə (143 milyon 898 min manat) "Monako"dan "Real"a transfer olunan Ceyms Rodrigesi Premyer Liqaya aparmaq niyyətindədi. Yayda Madrid klubundan ayrılacağı deyilən kolumbiyalı ulduz üçün "Mançester Yunayted"in astronomik məbləğdə təklif irəli sürəcəyi deyilir.
Məlumat üçün xatırladaq ki, Mançester klubu 2014-cü ildə "Real"dan Angel di Marianı 60 milyon funt-sterlinqə (137 milyon 46 min manat) transfer etmişdi. "Qırmızı-şeytanlar" eyni zamanda "Kral Klubu"ndan Qaret Beyli də heyətinə qatmaq istəmişdi, amma bu transfer baş tutmamışdı.
Florentino Peresin siyahısı
Bundan başqa "Real" da yayda bir neçə ulduzu transfer etmək istəyir. Düzdü, FIFA "Kral Klubu"na iki dönəm transfer qadağası qoyub və qadağa yaydan etibarən qüvvəyə minəcək. Amma "Real" ali futbol qurumunun qərarını ləğv etdirməyə, buna nail olmasa icrasını təxirə salmağa çalışır. Böyük ehtimalla qadağa yanvardan tətbiq ediləcək.
"Real" 2014-cü ildə transfer qadağası alan "Barselona" kimi cəzanın icrasını uzatmağa nail olsa, bütün dünyaya səs salacaq transferlər həyata keçirəcək. Prezident Florentino Peresin siyahısında David De Gea ilk pilləni tutur. "Mançester Yunayted"in qapısını qoruyan ispan qolkiperlə yayda anlaşma əldə olunsa da, bəzi problemlər səbəbindən baş tutmamışdı.
Siyahıdakı digər önəmli isim "Bavariya"dan Robert Levandovskidi. Polşalı ulduzu "Real"la yanaşı, PSJ də heyətinə qatmaq istəyir. "Real"ın Leva üçün 100 milyon avro (174 milyon 180 milyon manat) təklif edəcəyi deyilir.
"Kral Klubu"nun hədəfindəki digər ulduz Serxio Aquerodu. Çin sərmayəsi ilə maliyyə dayaqlarını daha da möhkəmləndirən "Mançester Siti" argentinalı yarımmüdafiəçini 2011-ci ildə "Atletiko"dan 38 milyon avroya (66 milyon 188 min manat) transfer edilmişdi. O, "Siti" formasını geyindiyi 135 matçda 88 qola imza atıb və klubu ilə 2019-cu ilədək müqavtləsi var.
"Real"ın A Seriyasından hədəfə aldığı futbolçu isə Paul Poqbadı. "Yuventus"un formasını geyinən gənc fransızın Madridə getməyə razılıq verəcəyi deyilir.
Fanat.az