İngiltərə Premyer Liqasında ilk 4-lükdən uzaq düşərək Çempionlar Liqasına vəsiqə qazanmaq şansını təhlükəyə salan "Arsenal" transfer bombasını partlatmağa hazırlaşır.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, London klubu "Atletiko"dan Saul Niquezi heyətinə qatmaq istəyir. İngilislərin İspaniya klubu ilə 2026-cı ilədək müqaviləsi olan 23 yaşlı yarımmüdafiəçinin müqaviləsindəki sərbəst qalma maddəsində göstərilən 150 milyon avronu ödəyərək keçidi həll etməyi planlaşdırdığı deyilir.
Qeyd edək ki, Saul Niquez "Atletiko"nun yetirməsidi. Hazırda "Transfermarkt"ın 70 milyon avro qiymət qoyduğu 23 yaşlı futbolçu cari mövsümdə 46 rəsmi oyuna çıxaraq 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az