Avropada daha bir transfer bombası: 100 milyon avro

Avropada daha bir transfer bombası: 100 milyon avro
La Liqada çempionluq mübarizəsi aparan "Atletiko" qış transfer dövründə heyətini gücləndirmək istəyir. Fanat.Az xəbər verir ki, Madrid klubu "Torino"dan Andrea Belottini transfer etməyə çalışır.
İtaliyalı hücumçunun sərbəst qalma qiyməti 100 milyon avrodu. "Atletiko" bu məbləği ödəyərək 24 yaşlı futbolçunu heyətinə qata bilər. 
Qeyd edək ki, "Torino" Andrea Belottini 2015-ci ildə "Palermo"dan 8,4 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub. Ötən mövsüm meydana çıxdığı 38 rəsmi oyunda 28 qol vuran futbola cari mövsümdə zədələr səbəbindən keçən ilki performansından uzaq düşüb. O, cəmi 18 rəsmi oyuna çıxaraq 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər