Dortmund "Borussiya"sının ulduzu Pyer-Emerik Aubameyanq İngiltərə Premyer Liqasına transfer olunur. Fanat.Az xəbər verir ki, intizam qaydalarını pozduğu üçün alman klubunda heyətdən kənarlaşdırılan qabonlu ulduz "Arsenal"a keçir.
İngiltərə mediasının məlumatına görə, 28 yaşlı ulduzla bağlı danışıqlar davam edir. "Arsenal" Borussiyaya 60 milyon avro təklif edib. Almaniya klubu isə 68 milyon avro tələb edir. Tərəflərin tezliklə razılığa gələcəyi deyilir.
Qeyd edək ki, "Borussiya"nın 2013-cü ildə "Sent-Etyenn"dən 13 milyon avroya aldığı Aubameyanq cari mövsümdə keçirdiyi 23 rəsmi oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az