Bütün dünya Kilian Mbappenin transferini müzakirə etdiyi bir vaxtda "Liverpul" "Monako"nun başqa bir ulduzuna elçi düşüb. Fanat.Az xəbər verir ki, İngiltərə klubu Tomas Lemar üçün təklif göndərib.
Fransanın məşhur "L`Equipe" nəşri iddia edib ki, "Liverpul" "Monako"ya 72 milyon avro təklif edib. Bundan başqa, Fransa klubu daha 8 milyon avro bonus əldə edə bilər.
"Arsenal"ın Lemar üçün 50 milyonluq təklifini qəbul etməyən "Monako"nun "Liverpul"un təklifinə müsbət yanaşdığı vurğulanır.
Qeyd edək ki, "Monako" "Lemar"ı 2015-ci ildə "Kan"dan 4 milyon avroya alıb. Hazırda "Transfermarkt" 21 yaşlı forvarda 24 milyon avro qiymət qoyub.
Fanat.Az