Avropada 100 milyonluq transfer reallaşır

Avropada 100 milyonluq transfer reallaşır

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Atletiko"nun ulduzu Qrizmanndan əl çəkmir. Fanat.Az xəbər verir ki, İngiltərə klubu fransız futbolçu üçün yeni təklif göndərməyə hazırlaşır.

"Mançester Yunayted" yayda da sözügedən ulduzu rənglərinə bağlamaq istəyirdi. Amma transfer qadağası səbəbindən heyətinə yeni futbolçu qata bilməyən Madrid klubu fransızı buraxmamışdı. Qışda transfer qadağası bitəcəyindən "Atletiko" Qrizmann üçün "Mançester Yunayted"in 100 milyon avroluq təklifini dəyərləndirmək istəyir. Üstəlik, ispanlar "Çelsi"dən Dieqo Kostanı transfer edib və münasibətlər qışda - transfer qadağası bitəndən sonra rəsmiləşəcək.

Qeyd edək ki, Qrizmann 2014-cü ildə "Real Sosyedad"dan "Atletiko"ya 30 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 80 milyon avro qiymət qoyduğu 26 yaşlı hücumçunun Madrid klubu ilə 2022-ci ilədək müqaviləsi var.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər