Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, İspaniya təmsilçiləri - "Real" və "Atletiko" klubları həlledici matçda üz-üzə gəlib. "Real" 2017/18 mövsümündə Çempionlar Liqasının, "Atletiko" isə Avropa Liqasının qalibi olub. UEFA Super Kuboku tarixində ilk dəfə eyni şəhərin, 7-ci dəfə eyni ölkənin təmsilçiləri qarşılaşıb. İtaliya klubları "Milan" və "Sampdoriya" 1990, "Parma" və "Milan" 1993, İspaniya klubları "Barselona" və "Sevilya" 2006-2015, "Real" və "Sevilya" isə 2014-2016-cı illərdə Superkubokda münasibətlərinə aydınlıq gətirib.
Əzəli rəqiblərin budəfəki mübarizəsinə rəng qatan məqamlar çıx idi: "Real" matça Super Kubokun son sahibi qismində çıxmışdı. Ötən ilin avqustunda Madrid klubu "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub etmişdi. "Kral Klubu" son 4 Superkubok matçını (2002, 2014, 2016, 2017) qazanmışdı. "Real" 1998 və 2000-ci illərdəki Super Kubok oyunlarında məğlub olmuşdusa, "Atletiko" oynadığı hər iki Super Kubok mücadiləsində (2010, 2012) qələbəyə sevinmişdi. 1973-cü ildən təşkil olunan Super Kuboku ən çox qazananlar İspaniyanın "Barselona" və İtaliyanın "Milan" komandalarıdı. Hər iki klub 5 dəfə qələbə sevinci yaşayıb. "Real" kuboku qazanmaqla onlara şərik ola bilərdi.
Bakı vaxtı ilə saat 23.00-da başlayan görüş Estoniyanın paytaxtı Tallindəki Lilleküla stadionunda reallaşıb. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxta ehtiyac duyulub. İlk 15 dəqiqədə daha 2 top vuran "Atletiko" azarkeşlərini sevindirib.
UEFA Super Kuboku
15 avqust
Real (İspaniya) - Atletiko (İspaniya) 2:4
Qolla: Kərim Benzema, 27. Serxio Ramos, 63-pen - Dieqo Kosta, 1; 79. Saul Niqes, 98. Koke, 104.
Real: 1. Keylor Navas, 2. Daniel Karvaxal, 4. Serxio Ramos, 5. Rafael Varan, 8. Toni Kroos, 9. Kərim Benzema, 11. Qaret Beyl, 12. Marselo, 14. Kasemiro, 20. Marko Asensio, 22. İsko.
Ehtiyat oyunçular: 13. Kiko Kasilya, 26. Andrey Lunin, 6. Naço Fernandes, 10. Luka Modriç, 17. Lukas Vazkues, 18. Markos Llorente, 21. Borya Mayoral, 24. Dani Keballos, 27. Federiko Valverde, 28. Viniçius Junior, 29. Requilon, 31. Xavyer Sançes.
Baş məşqçi: Julen Lopetegui.
Atletiko: 13. Yan Oblak, 2. Dieqo Qodin, 6. Koke, 7. Antoine Qrizmann, 8. Saul Niqes, 11. Tomas Lemar, 14. Rodri, 15. Stefan Saviç, 19. Dieqo Kosta, 20. Xuanfran, 21. Lukas Ernandes.
Ehtiyat oyunçular: 1. Antonio Adan, 37. Aleks Dos Santos, 3. Filipe Luis, 4. Santyaqo Arias, 5. Tomas, 9. Nikola Kaliniç, 10. Angel Korrea, 18. Gelson Martins, 23. Vitolo, 24. Joze Ximenes, 30. Roberto Olabe.
Baş məşqçi: Dieqo Simeone.
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (Polşa) Ovidiu Hateqan (Rumıniya).
Estoniya. Tallin Lilleküla stadionu.
Fanat.Az