Avropa futbolunda "Fransız" istilası

Avropa futbolunda "Fransız" istilası
Avropanın 5 böyük çempionatında - İspaniya, İngiltərə, Almaniya, İtaliya və Fransa birincilikləridə ən çox oyunçusu olan ölkə müəyyənləşib. Fanat.az xəbər verir ki, Fransa "böyük beşlik"də ən çox futbolçusu çıxış edən ölkədi.
Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) apardığı araşdırmalar nəticəsinjə məlum olub ki, cari mövsümdə Fransa Liqa 1-də, İspaniya La Liqasında, İngiltərə Premyer Liqasında, İtaliya A Seriyasında və Almaniya Bundesliqasında 440 fransız top qovur. Bu oyunçular 2013/14 mövsümündə ən azı bir rəsmi matça çıxıb. Fransanı 347 futbolçu ilə İspaniya izləyir. İlk "üçlüy"ü Almaniya qapayır - 261 oyunçu.
İngiltərə siyahının sonuncusudu. Belə ki, "böyük beşlik"də cəmi 181 ingilis çıxış edir. Almanların sayı 261, italyanların sayı 244 olub. 
"Böyük beşlik" ölkələrində çıxış edən futbolçular
 
1. Fransa - 440
2. İspaniya - 347
3. Almaniya - 261
4. İtaliya - 244
5. İngiltərə - 181
6. Braziliya - 117
7. Argentina - 108
8. Serbiya - 38
9. Belçika - 34
10. Hollandiya - 32
Fransa həm də ölkə çempionatında ən çox yerli oyunçunun oynadığı ölkədi. Belə ki, Liqa 1-də 333 fransız top qovur. Onları 296 nəfərlə İspaniya La Liqası izləyir. Almaniya Bundesliqasında isə 242 alman çıxış edir. İtaliya A Seriyasında 226 italyan meydana çıxıb. İngiltərə bu siyahıda da sonuncudu. Premyer Liqada cari mövsümdə 177 ingilis forma geyinib.
Fransa həmçinin Premyer Liqa və La Liqada ən çox legionerlə təmsil olunan ölkədi. İngiltərə çempionatında 45 fransız çıxış edir. İspaniyada isə bu say 29-du. Bu say La Liqadakı argentinalılarla bərabərdi.
Fransa çempionatındakı əcnəbilərə gəlincə, fransızlar ən çox braziliyalılara şans verib - 20 oyunçu. 
"Böyük beşlik"də ən çox təmsilçisi olan ölkələr:
Liqa 1
1. Fransa - 333
2. Braziliya - 20
3. Kot`D-İvuar - 14
4. Kamerun - 12
5. Seneqal - 12
La Liqa
1. İspaniya - 296
2. Argentina - 29
3. Fransa - 29
4. Braziliya - 23
5. Portuqaliya - 19
Bundesliqa
1. Almaniya - 242
2. Çexiya - 14
3. Braziliya - 12
4. İsveçrə - 11
5. Avstraliya - 10
6. Fransa - 10
Seriya A
1. İtaliya - 226
2. Argentina - 51
3. Braziliya - 48
4. Fransa - 23
5. Uruqvay - 14
Premyer Liqa
1. İngiltərə - 177
2. Fransa - 45
3. İspaniya - 33
4. İrlandiya - 15
5. Hollandiya - 15
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər