Avroliqanın qalibindən inanılmaz transfer

Avroliqanın qalibindən inanılmaz transfer

Fransanın "Nitsa" klubundan ayrılan Hatem Ben Arfanın yeni  klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, fransalı futbolçu karyerasını "Sevilya"da davam etdirəcək.

Avropa Liqasının son qalibi onunla anlaşma əldə edib. Ben Arfa yeni klubundan 10 milyon avro transfer haqqı alacaq. Onun illik maaşı isə vergilər xaric 4 milyon avro olacaq.

Əvvəllər Lion və Marsel "Olimpik"lərində, "Nyukasl" və "Hall Siti" klublarında çıxış etmiş Ben Arfa 2015/16 mövsümündə "Nitsa"da 37 oyun keçirib və 18 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər