"Atletiko"ya vurduğum qol yayda keçirdiyim hisslərə məlhəm oldu"

"Atletiko"ya vurduğum qol yayda keçirdiyim hisslərə məlhəm oldu"

"Barselona"nın hücumçusu Joau Feliks İspaniya çempionatının son turunda "Atletiko Madrid" üzərində qələbə qazandıran qolu barədə hisslərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, "Movistar" Kataloniya klubunda icarə əsasında çıxış edən, müqavilə ilə məhz "Atletiko"ya məxsus olan portuqaliyalı forvardın dediklərini belə çatdırıb:

“Atletiko”ya vurduğum qol yayda keçirdiyim hisslərə məlhəm oldu, mənə rahatlıq gətirdi. Nə baş verdiyini yalnız mənə yaxın insanlar bilir. Əsasən də ailəm”.

Qeyd edək ki, Feliks “Atletiko”nun formasında “Barselona”ya qarşı keçirdiyi 8 oyunun heç birində qol vura bilməmişdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər