Portuqaliya yığmasının və İspaniyanın "Atletiko” klubunun yarımmüdafiəçisi Joao Feliks əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Futbolçunun sağ ayağından əməliyyat keçirdiyi və azı 2 ay bərpa dövrü keçəcəyi açıqlanıb. 21 yaşlı futbolçunun yaşıl meydanlara dəqiq dönüş tarixi bəlli deyil.
Qeyd edək ki, Feliks 2019-cu ildən "Atletiko”da top qovur.