"Atletiko"nun iki ulduzu Çin klubunda

"Atletiko"nun iki ulduzu Çin klubunda
"Atletiko" Yannik Karrasko və Niko Qaitanın Çin klubu "Dalian Yifanq"a transfer olunduğunu bildirib.
 
Fanat.Az xəbər verir ki, bu hqda Madrid klubu məlumat yayıb. Açıqlamada transferin detalları yazılmasa da, İspaniya mətbuatı hər iki oyunçuya görə büdcəsini 48 milyon avro artıracağını yazıb. 
 
2015-ci ildə "Monako"dan transfer olunan Karrasko bu müddətdə 124 matça çıxıb, 23 qola imza atıb. 2016-cı ildə "Benfika"dan transfer edilən 30 yaşlı Qaitan isə 49 oyunda cəmi 4 dəfə fərqlənə bilib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər