"Atletiko"nun futbolçusu İngiltərə klubunda qaldı

"Atletiko"nun futbolçusu İngiltərə klubunda qaldı

İngiltərənin "Vulverhempton” klubu mövsümün əvvəlində "Atletiko”dan icarəyə götürdüyü Xonatan Otto Kastro ilə yeni müqavilə bağlayıb.

 

 

Fanat.Az xəbər verir ki, 24 yaşlı müdafiəçiylə müddəti 2023-cü ildə bitəcək müqavilə imzalanıb. Bu barədə "Vulverhempton”un mətbuat xidməti məlumat yayıb.

 

 

"Canavarlar” Kastro üçün "Atletiko”ya 18 milyon funt sterlinq ödəyəcək.

 

 

2018-ci il iyulun 25-də "Selta”dan "Atletiko”ya 7 milyon avro qarşılığında keçən Kastro, bir gün sonra "Vulverhempton”a icarəyə verilib.

 

 

Bu mövsüm Premyer Liqada 22 oyuna çıxan müdafiəçi 3 dəfə İspaniya millisinin formasını geyinib.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər