İspaniya Primyerasının qalibi olan Madrid "Atletiko”sunun azarkeşləri paytaxt küçələrində qələbənin dadını çıxarıb.
Fanat.Az xəbər verir ki, "hindular"ın zəfərini bayram edən tərəfdarlardan biri faciəvi şəkildə dünyasını dəyişib.
Belə ki, Madridin mərkəzində hərəkət edən avtobusun pəncərəsindən başını çıxaran 14 yaşlı fanat divara çırpılıb. Hadisə zamanı yeniyetmə azarkeşin ailəsi və dostları da yanında olub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, ötən gün La Liqanın sonuncu turunda səfərdə "Valyadolid"ə 2:1 hesabı ilə qalib gələn "Atletiko” 11-ci çempionluğunu qazanıb.
Fanat.Az