"Atletiko"nu mübarizədən kənarlaşdırmağı haqq edirdik" - Edin Terziç

"Atletiko"nu mübarizədən kənarlaşdırmağı haqq edirdik" - Edin Terziç

Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan - Almaniyada "Atletiko Madrid"i 4:2 hesabı ilə yenərək mübarizədən kənarlaşdırdıqları matçdan danışıb.

Fanat.Az xəbər verir ki, onun dediklərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Çox xoşbəxtəm və çox fəxr edirəm. Atmosfer əla idi. Bu gün bizi geri sala biləcək iki məqam oldu, amma biz güclü idik. Qürurla deyə bilərəm ki, biz “Atletiko” kimi komandanı mübarizədən kənarlaşdırmağı haqq edirdik.

İndi yarımfinalda PSJ ilə qarşılaşmalıyıq. Onlara qarşı ilk oyunumuz (0:2) uğursuz alındı. İkinci oyunda isə (1:1) rəqibə daha yaxşı uyğunlaşdıq və qələbəyə daha yaxın olduq. İndi qrup mərhələsində PSJ-yə qarşı oynadığımızdan daha yaxşı futbol sərgiləyirik".

Xatırladaq ki, Madriddə keçirilən "Atletiko" - "Borussiya" qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitmişdi.   

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər