“Atletiko”dan 56 milyonluq transfer - RƏSMİ

“Atletiko”dan 56 milyonluq transfer - RƏSMİ
Joao Feliksi 126 milyon avroya heyətinə qatan "Atletiko" Alvaro Moratanın transfer hüququnu alıb.
Fanat.Az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Atletiko” son mövsümü icarə əsasında komandada keçirən Moratanın transfer hüquqlarını satın alıb. 
Keçidin detalları isə açıqlanmayıb. İspaniya mətbuatnının məlumatına görə isə "Atletiko" bu keçid üçün ingilislərə 56 milyon avro ödəyib.
 
Qeyd edək ki, Morata 2017-ci ildə "Real"dan "Çelsi”yə 66 milyon avroya transer olunub. Ötən mövsüm 7 milyon avroya "Atletiko"ya icarəyə verilən futbolçu 41 oyunda 15 qol vurub.  
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər