“Atletiko” və “Bakı” yenidən qarşılaşacaq

“Atletiko” və “Bakı” yenidən qarşılaşacaq

“Atletiko” və “Bakı” klubları arasında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq, bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək. Bu haqda Qol.Az-a “Bakı”nın prezidenti Hafiz Məmmədov məlumat verib.

O bildirib ki, yoldaşlıq matçı bu ilin avqust ayında Madriddə baş tutacaq. H.Məmmədovun sözlərinə görə, indi görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində danışıqlar gedir.

Xatırladaq ki, bu komandalar arasında ilk yoldaşlıq oyunu aprelin 30-da Bakıda baş tutmuşdu.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər