"Atletiko" (Madrid) komandası baş məşqçisi Dieqo Simeone ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, argentinalı mütəxəssislə 3 illik müqaviləyə imza atılıb.
Qeyd edək ki, 51 yaşlı baş məşqçi 2011-ci ildən Madrid klubundan çalışır. Bu müddətdə komandaya 2 dəfə İspaniya çempionluğunu, 1 dəfə Krallığın kubokunu, 1 dəfə Superkuboku, 2 dəfə isə UEFA Kuboku və 2 dəfə UEFA Superkubokunu qazandırıb.
Röya