"Atletiko" sabiq hücumçusuna heykəl qoydu

"Atletiko" sabiq hücumçusuna heykəl qoydu

Madrid "Atletiko"sunun ev oyunlarını keçirdiyi "Vanda Metropolitano" arenasının yanında komandanın sabiq futbolçusu və baş məşqçisi Luis Araqonesə heykəl qoyulub.

Fanat.Az xəbər verir ki, 2014-cü ildə, 75 yaşında dünyasının dəyişən mütəxəssisin heykəlinin açılış mərasiminə klub prezidenti Enrike Sereso da qatılıb.

Tədbirdə Araqonesin oğlu, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone, komandanın kapitanı Koke və İspaniya millisinin sabiq hücumçusu Fernando Torres də iştirak edib.

1964-1974-cü illər aralığında "hindular"ın şərəfini hücumçu kimi qoruyan Araqones 265 oyuna 172 qol vurub. O, müxtəlif vaxtlarda paytaxt təmsilçisinin baş məşqçisi olub. "Atletiko" bu mütəxəssisin rəhbərliyi altında ölkə çempionatının (1976/1977), 3 dəfə İspaniya Kubokunun, İspaniya Superkubokunun və Qitələrarası Kubokun (1974) qalibi olub. Bundan başqa, Araqones aşağı liqaya düşmüş Madrid təmsilçisini 2001/2002 mövsümündə Sequndadan elitaya qaytarıb. 

Sözügedən çalışdırıcı 2004-2008-ci illərdə baş məşqçisi olduğu İspaniya millisi ilə Avro-2008-in qalibi adını qazanıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər