"Atletiko" mənim Avropada son klubum olacaq"

"Atletiko" mənim Avropada son klubum olacaq"

Fransalı hücumçu Antuan Qrizmann "Atletiko Madrid"i tərk edib-etməyəcəyi ilə bağlı suala aydınlıq gətirib. 

Fanat.Az xəbər verir ki, 32 yaşlı ulduz forvard AS nəşrinə yekun qərarını açıqlayıb:

"Müqavilə? Bilirəm ki, klub mənimlə anlaşmanı yeniləmək istəyir. Bunu müzakirə edəcəyik. "Atletiko" mənim Avropadakı son klubum olacaq. Daha sonra karyeramı MLS-də davam etdirmək istəyirəm”. 

Qrizmann İspaniya çempionatının bu mövsümündə 18 oyun keçirib, 11 qol vurub və 2 məhsuldar ötürmə edib. Antuanın paytaxt klubu ilə hazırki müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna kimi hesablanıb. Onun transfer qiyməti 20 milyon avrodur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər