"Mançester Yunayted"in istədiyi futbolçuya 150 milyon avro qiymət qoydular

"Mançester Yunayted"in istədiyi futbolçuya 150 milyon avro qiymət qoydular
"Atletiko" yarımmüdafiəçisi Saul Nyiqesin transfer qiymətini müəyyənləşdirib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Atletiko" Saulu 150 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil. Bu, ispan futbolçunun müqaviləsində göstərilən təzminat məbləğidi.
"Atletiko" 150 milyon avrodan aşağı təklif göndərən klublarla danışıqlar aparmayacaq.
"Mançester Yunayted" 25 yaşlı oyunçu ilə yaxından maraqlanır.
Cari mövsümdə La Liqada 26 matçda meydana çıxan Saul rəqib qapılarına 3 dəfə yol tapıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər