"Atletiko" Lyorenteni istəyənlərin ümidini üzdü

"Atletiko" Lyorenteni istəyənlərin ümidini üzdü

İspaniya Primyerasının son qalibi "Atletiko" futbolçusu Markos Lyorente ilə ilə müqavilə yeniləyib.

Fanat.Az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi müddəti 2027-ci ilin 30 iyun tarixinədək olan anlaşmaya qol çəkib.

İspaniya millisinin üzvü ötən mövsüm "hindular"ın formasıyla bütün turnirlər daxil olmaqla, 45 oyuna çıxıb. Bu matçlarda 13 qol vuran Lyorente 12 məhsuldar ötürmə ilə də diqqət mərkəzinə düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər