PSJ-nın hücumçusu Edinson Kavaninin yay "transfer pəncərəsi"ndə "Atletiko"ya transferi baş tutmayacaq.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, qışda Kavani ilə danışıqların uğursuz nəticələnməsi "Atletiko"nun qərarına təsir edib. Madrid klubu 33 yaşlı futbolçunun transferindən imtina edib. Rəhbərlik onun maliyyə tələblərinin yüksək olduğunu düşünür.
Hazırda Kavani üçün ən real ehtimal "Roma" variantıdı. Son məlumatlara görə, "canavarlar" uruqvaylı forvarda təklif göndərib.
Yaxın günlərdə Kavani azad agent kimi PSJ-dən ayrılacaq.
Fanat.Az