“Atletiko” braziliyalı futbolçusunu satdı

“Atletiko” braziliyalı futbolçusunu satdı

Marsel “Olimpik”i növbəti transferini rəsmiləşdirib.

Fanat.Az xəbər verir ki, Liqa 1 təmsilçisi Braziliya millisinin və Madrid “Atletiko”sunun müdafiəçisi Renan Lodini heyətinə qatıb.

25 yaşlı futbolçu Fransa klubu ilə 5 illik müqavilə bağlayıb. Marsel təmsilçisi bu keçidə görə İspaniya klubuna 13 milyon avro ödəyib.

2019-cu ildən “Atletiko”da çıxış edən Lodi burada 118 oyuna çıxıb və 6 qol vurub. O, ötən mövsümü icarə əsasında İngiltərənin “Nottingem Forest” klubunda keçirib. Lodi Braziliya milli komandasında da 16 oyuna çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər