"Atletiko" bəyanat yaydı: "Barselona” 200 milyon avro ödəməlidi

"Atletiko" bəyanat yaydı: "Barselona” 200 milyon avro ödəməlidi
"Atletiko" bu gün "Barselona"ya transfer olunan Antoine Qrizmann bağlı etiraz bəyanatı yayıb.
Fanat.Az xəbər verir ki, Madrid klub fransalı hücumçunun transferi üçün 200 milyon avro tələb edib.
Belə ki, Qrizmannın müqaviləsinə əsasən iyulun 1-dən etibarən onun təzminat qiyməti 200 milyon avrodan 120 milyon avroya düşüb. "Barselona" da məhz bu məbləği ödəyib.
Lakin "Atletiko" bildirir ki, "Barselona" 28 yaşlı futbolçu ilə iyulun 1-inə qədər anlaşıb və buna görə 200 milyon avro təzminat ödəməlidi. Madrid təmsilçisi bununla bağlı məhkəməyə müraciət edəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər