"Atletiko" 500 min avroya hücumçu aldı

"Atletiko" 500 min avroya hücumçu aldı
"Atletiko” daha bir transferini açıqlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Benfika”nın hücumçusu İvan Şaponiçi heyətinə qatıb. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
İspaniya mətbuatının məlumatına görə, "Atletiko" transfer üçün 500 min avro ödəyib.
Qeyd edək ki, 2016-cı ildən "Benfika”nın B komandasında çıxış edən serbiyalı futbolçu keçirdiyi 64 oyunda 17 qolla yadda qalıb.
Onu da qeyd edək ki, "Atletiko" bundan əvvəl Markos Llorente (Real), Ektor Herrera (Portu), Felipe (Portu), Joao Feliks (Benfika) və Renan Lodini (Atletiko Paranaense) heyətinə qatıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər