“Atletiko” 1/4 finalda!

“Atletiko” 1/4 finalda!

İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.

“Atletik” “Espanyol” səddini tək qolla keçib. “Valensiya” isə Xixon “Sportinq”ini səfərdə 4 cavabsız qolla üstələyib. “Betis” – “Osasuna” matçında əsas və əlavə vaxtda qalib müəyyənləşməyib. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Osasuna” 1/4 finala yüksəlib. “Levante” ilə qarşılaşan Madrid “Atletiko”su da inamlı qələbə ilə mərhələ adlayıb.

İspaniya Kuboku 1/8 final 17 yanvar

Real Sosyedad – Malyorka 1:0 Qol: Navarro, 5.

Alaves – Sevilya 0:1 Qol: Rakitiç, 48.

18 yanvar

Sportinq (Xixon) – Valensiya 0:4 Qol: Kavani, 10; 21. Kluyvert, 21. Lino, 64.

Atletik – Espanyol 1:0 Qol: De Markos, 27.

Betis – Osasuna 2:2 (penaltilər 2:4) Qol: Karvalyo, 62. Sabali, 103 – D.Qarsiya, 90+1. R.Qarsiya, 106.

Levante – Atletiko (Madrid) 0:2 Qol: Morata, 54. Lyorente, 90+1.

19 yanvar

23:00. Seuta – Barselona 00:00. Vilyarreal – Real

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər