"Barselona" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi son klubu Bilbao "Atletik"i olan İnyiqo Martineslə müqavilə bağlayıb.
İspaniyalı müdafiəçi "Barsa"ya azad agent statusu ilə qoşulub.
Qeyd edək ki, "Real Sosyedad"ın yetirməsi olan 32 yaşlı Martines 2018-ci ildən "Atletik"də çıxış edirdi.