Astorinin müqaviləsi ölümündən sonra müddətsiz uzadıldı

Astorinin müqaviləsi ölümündən sonra müddətsiz uzadıldı
"Fiorentina" rəhbərliyi vəfat edən kapitanı David Astori ilə bağlı qərar verib. Fanat.Az xəbər verir ki, İtaliya klubu 31 yaşlı futbolçunun müqaviləsini ölümündən sonra müddətsiz uzadıb.
Müqavilədə nəzərdə tutulmuş məbləğ bundan sonra onun həyat yoldaşına və qızına ödəniləcək. Bundan başqa Astorinin geyindiyi 13 nömrəli forma əbədiləşdirib. Qərara əsasən bu formanı bundan sonra heç bir futbolçu geyinməyəcək. Astorinin sabiq klubu "Kalyari" də eyni addımı ataraq 13 nömrəli formanı əbədiləşdirib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər