Aşağı yaş qrupları üzrə çempionatlarda biabırçılıq

Aşağı yaş qrupları üzrə çempionatlarda biabırçılıq
Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası baş tutub. 
Fanat.Az xəbər verir ki, aşağı yaş qruplarındakı komandalar oyunlarından çox qeyri-etik davranışlarla cəzalandırılıblar.
U-16 Liqasının "Sabah” – "Neftçi” görüşündə birincilərin futbolçusu Qəşəm Məmmədov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyunluq cəza alıb. U-12 Liqasının UGİM Naftalan – UGİM Ulduz Mingəçevir qarşılaşmasında isə ev sahiblərinin baş məşqçisi Xəyal Abdullayev eyni addıma əl atıb ki, bu da onun 2 oyunluq diskvalifikasiyasına səbəb olub.
Futzal üzrə Yüksək Liqanın "Xızı Futzal” – "Bakı” TFK matçı başa çatdıqdan sonra "Xızı Futzal”ın baş məşqçisi Yasin Yaqubzadə və komandanın rəhbəri Orxan Allahverdiyev hakimlər briqadasını söyüşə "qonaq ediblər". Bu üzdən hər ikisinə 5 oyunluq cəza tətbiq olunub.
Həmin liqanın "Marafon” – "Record club” matçında "Marafon”un futzalçısı Sərxan Məstiyev, Birinci Liqanın "Star Karqo” – "Baku Fire-2” görüşü başa çatdıqdan sonra isə "Baku Fire-2”nin üzvü Murad Salahzadə rəqibə qarşı təhqiredici ifadələr işlədiblər. Hər iki futzalçı növbəti 3 turu buraxmalı olacaq.
"Binə"nin texniki məğlubiyyət aldığı Boulevard Hotel U-15 Liqasının "Sabah”la görüşündə hər iki komandanın oyunçusuna cəza kəsilib. "Binə”dən Xəyal Ələkbərli, "Sabah”dan isə Əli Quliyev aqressiv davranışa 4 oyunluq cəzalanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər