AS: Luis Enrike istefa verib

AS: Luis Enrike istefa verib

İspaniya millisinin baş məşqçisi Luis Enrike istefa verib.

 

 

 

Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.

 

Mənbə ailə problemləri üzündən son 3 qarşılaşmada iştirak etməyən çalışdırıcı ayrılmaq qərarına gəldiyini vurğulayıb. İspaniyanın nüfuzlu qəzetinə inansaq, bu gün İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales və idman direktoru Xose Fransisk Molinanın iştirakı ilə mətbuat konfransı keçiriləcək. Konfransda Enrikenin ayrılığının və baş məşqçi postuna onun köməkçisi Robert Morenonun təsdiqinin açıqlanması gözlənilir.

 

Morenonun rəhbərliyi altında ispanlar son 3 görüşdə Malta (2:0), Farer adaları (4:1) və İsveç (3:0) üzərində qələbə qazanıb.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər