"Arsenal"ın futbolçusu Olivier Qiroud həyat yoldaşını aldatdığı gecə haqqında ilk dəfə danışıb. Fanat.az xəbər verir ki, fransız futbolçu hər şeyin keçmişdə qaldığını bildirib:
"Haqqımda çıxan xəbərlərdə doğu olanı da, olmayanı da var idi. Ancaq hər şey keçmişdə qaldı. Məni öldürməyən şey gücləndirir. Başıma gələn hər şeyin məni də daha da gücləndirdiyinə inanıram. Meydana çıxıb futbol oynamalı və ailəmə daha çox diqqət ayırmalıyam. Həmin günlər mənim üçün çox çətin idi. Arsen Vengerin bu dönəmdə dəstəyi çox önəmli oldu. Artıq hər şeyi unutmuşam. Həyatımda yeni bir səhifə açmaq istəyirəm".
Qeyd edək ki, Olivier Qiroud "Liverpul" matçından öncəki gecəni oteldə bir qadınla keçirmişdi. Həmin qadın sonradan çəkdiyi şəkilləri sosial şəbəkələrdə paylaşaraq futbolçunun həyat yoldaşına xəyanət etdiyini sübuta yetirmişdi.
Fanat.az