"Barselona"nın futbolçusu həftə sonu tibbi müayinədən keçəcək - "Yuventus" üçün

"Barselona"nın futbolçusu həftə sonu tibbi müayinədən keçəcək - "Yuventus" üçün
"Barselona"nın yarımmüdafiəçisi Artur "Yuventus"a keçmək üzrədi.
Fanat.Az RAC1 radiosuna istinadən xəbər verir ki, Arturo həftə sonu tibbi yoxlanışdan keçmək üçün Turinə yollanacaq. "Barselona" 23 yaşlı futbolçunun İtaliyaya yollanmasına razılıq verib.
Klublar arasında bütün detallar razılaşdırılıb. Artur 70+5 milyon avro qarşılığında "Yuve"yə keçəcək, "Barsa" isə Miralem Pyaniçə görə 60 milyon avro ödəməlidi. Transferin yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər